Dohada Qəzza üçün atəşkəs danışıqları başladı - HƏMAS iştirak etmədi

17:02 - 16 Avqust 2024

Dohada Qəzza üçün atəşkəs danışıqları başladı - HƏMAS iştirak etmədi

Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi danışıqlarının başladığı açıqlanıb, lakin HƏMAS iştirak etməyib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Misirdə yayımlanan "Əl-Kairo əl-İxbariyyə" televiziyasının verdiyi xəbərə görə, Qəzzada atəşkəs üçün Qətər-Misir-ABŞ vasitəçiliyi ilə Dohada yeni danışıqlar prosesi başlayıb. 

“Həm biz, həm də Misir və Qətər müzakirəçiləri İsrail və Binyamin Netanyahunun niyyətinin nə olduğunu bilirik. Buna baxmayaraq, biz sonuncu təklifə müsbət yanaşmışdıq, lakin İsrail bu təkliflə bağlı danışıqlar prosesində deyilməyən yeni şərtlər irəli sürdü”.

Qeyd edək ki, Avqustun 8-də dərc edilən birgə bəyanatda ABŞ, Misir və Qətərdən ibarət vasitəçilər İsrail və HƏMAS-ı Qəzzada atəşkəs və əsir mübadiləsi üçün avqustun 15-də Qahirədə və ya Dohada danışıqlara yenidən başlamağa çağırmışdı.

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin