2025-ci ildə Xorvatiyada məcburi hərbi xidmət bərpa olunacaq.
Manset.az xəbər verir ki, bu barədə Xorvatiyanın müdafiə naziri İvan Anusiç açıqlama verib.
Onun sözlərinə görə, bu qərarın verilməsinə səbəb Rusiya - Ukrayna müharibəsindən sonra Avropada gərginliyin artması, eləcə də Balkanlarda aşkar silahlanma prosesi olub. Xorvatiyada məcburi hərbi xidmət müddəti 6 ay müəyyən edilib və 18-27 yaş arası kişi vətəndaşlar bu xidmətə tabe olmalıdırlar.
Həmçinin Xorvatiyanın Balkanlardakı ən böyük rəqibi Serbiya da məcburi hərbi xidməti bərpa etməyi də düşünür.
Bu qərar 2008-ci ildə ölkədə könüllü sistemə keçən zaman dayandırılmış məcburi hərbi xidmətə qayıtmaq deməkdir.
Fidan Əliyeva
Manşet.az