Ukrayna hökuməti ölkənin silahlı qüvvələri üçün pilotsuz uçan aparatların alınmasına 580 milyon dollar (968 milyon manat) ayırıb.
Manset.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal öz "Telegram" kanalında bildirib.
"Bu gün biz təhlükəsizlik və müdafiə qüvvələri üçün pilotsuz təyyarələrin alınmasına 24 milyard qrivna (580 milyon dollar) ayırırıq", - bəyanatda deyilir.
Şmıqal əlavə edib ki, dövlət artıq 1 milyon pilotsuz təyyarə ilə müqavilə bağlayıb.
Onun sözlərinə görə, dronları 500 Ukrayna şirkəti istehsal edir. Ölkədə həmçinin Ukrayna Silahlı Qüvvələrinin tərkibində pilotsuz sistemlər adlanan silahlı qüvvələrin ayrıca bir qolu var. O, Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə yaradılıb.
Fidan Əliyeva
Manşet.az