Argentina hakimiyyəti Parana çayında yük gəmisinin göyərtəsində meymunçiçəyi (Mpox) virusunun olması şübhəsi ilə karantin elan edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Argentinanın Rosario limanı yaxınlığında lövbər salan gəminin səlahiyyətlilərinə "Hindistan vətəndaşı olan ekipaj üzvünün döş və üzündə kistaya bənzər dəri lezyonları olduğu" bildirilib.
Şirkətdən verilən açıqlamada bu şəxsin digər ekipaj üzvlərindən təcrid olunduğu və ictimai səhiyyə fövqəladə hal protokolunun aktivləşdirildiyi bildirilib.