Finlandiya hakimiyyəti ölkədə Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına tam qadağa tətbiq edəcək qanun layihəsi hazırlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hyakkyanen deyib.
“Bu qanun layihəsi payızın əvvəlində hökumət tərəfindən müzakirə olunacaq. Rusiya vətəndaşları bu ölkədə ev ala bilməyəcək”, - məlumatda deyilir.
Nazir qeyd edib ki, sənəd yaxın iki həftə ərzində Nazirlər Kabinetinə təqdim olunacaq.