Bu ölkədə 5-11 yaşlı uşaqlara “Pfizer” peyvəndi vurulacaq

08:40 - 03 Noyabr 2021

Bu ölkədə 5-11 yaşlı uşaqlara “Pfizer” peyvəndi vurulacaq

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası (CDC) üzrə Federal Mərkəzi 5-11 yaşlı uşaqlara Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsal etdiyi peyvəndlərin vurulmasını tövsiyə edib.

Manset.az xəbər verir ki, bu barədə “Axios” informasiya portalı məlumat yayıb.

Qeyd olunub ki, mərkəzin xüsusi komissiyasının üzvləri yekdilliklə ABŞ-da 5-11 yaş arası uşaqlar üçün göstərilən dərmanın iki dozası ilə peyvənd edilməsinə səs veriblər.

Bildirilib ki, bu yaş qrupunda olan uşaqlar üçün peyvəndin dozası böyüklər üçün dozanın təxminən üçdə birini təşkil edəcək və üç həftəlik fasilələrlə vurulacaq. Peyvənd cümə günü satışa çıxarıla bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az