Tramp gülləkeçirməz şüşə arxasında çıxış etdi - FOTO

10:41 - 22 Avqust 2024

Tramp gülləkeçirməz şüşə arxasında çıxış etdi - FOTO

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından yenidən prezidentliyə namizəd Donald Tramp ötən ay seçki mitinqində məruz qaldığı sui-qəsddən sonra ilk dəfə açıq havada mitinq keçirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şimali Karolinada keçirilən mitinqdə Tramp təhlükəsizliyi üçün gülləkeçirməz şüşə arxasından çıxış edib. 

Həmçinin mitinq zonasının ətrafındakı binaların damlarına snayperlər yerləşdirilib.

Mitinq zamanıTramp ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisi ABŞ-nin Əfqanıstandan çəkilməsinə görə tənqid edib və onları Ukrayna və Yaxın Şərqdəki münaqişələrdə günahlandırıb.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az