"Sülh bağlamaq ehtimalı yoxdur" - Rusiya son sözünü dedi

13:06 - 22 Avqust 2024

\"Sülh bağlamaq ehtimalı yoxdur\" - Rusiya son sözünü dedi

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Kursk bölgəsində həyata keçirdiyi əməliyyatlara görə Kiyevlə danışıq aparmaq ehtimalının ortadan qalxdığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Zaxarova keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Kursk bölgəsində gedən müharibədə Qərb ölkələri, xüsusilə NATO Ukraynaya hərtərəfli dəstək göstərir və bundan sonra Rusiya ilə Kiyev arasında danışıq prosesi mümkün olmayacaq. 

Mətbuat katibi Zaxarova Qəzza zolağındakı humanitar vəziyyətlə də bağlı açıqlama verib:

 “Bir daha vurğulayırıq ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) və BMT Baş Assambleyasının atəşkəs tələbi və regiona humanitar yardımların maneəsiz çıxışını təmin edən qətnamələri dərhal həyata keçirilsin”.

 

 

Fidan Əliyeva

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az