Şimali Kipr Türk Cümhuriyyətində Türkiyə ordusuna məxsus hərbi avtomobil qəza edib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qəza nəticəsində əsgər Uğurcan İşığın şəhid olduğu, 11 əsgərin yaralandığı bildirilib:
“Bizi dərin ağrı və hüznlə dolduran bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, mərhumun ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyir, yaralı silahdaşlarımıza şəfa diləyirik”.