Almaniya 2021-ci ilin avqustunda, Taliban nəzarəti ələ keçirdikdən sonra ilk dəfə Əfqanıstan vətəndaşlarını ölkədən deport edir.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hökümətin rəsmi nümayəndəsi Steffen Hebestreit bildirib ki, göndərilən Əfqanıstan vətəndaşları Almaniyada qalmaq hüququ olmayan və onlara qarşı deportasiya qərarı olan məhkumlar olub.
Talibanla diplomatik əlaqələri olmayan Almaniya deportasiya prosedurlarını həyata keçirmək üçün mühüm regional tərəfdaşlarından dəstək istəyib.
Buna səbəb Almaniyada miqrantların törətdiyi cinayətlərin və qeyri-qanuni immiqrasiyaya qarşı sərt tədbirlər görməsi üçün hökumətə təzyiqlərin artması olub.
Məlumata görə, Əfqanıstanın paytaxtı Kabilə getmək üçün yerli vaxtla saat 08:00-da 28 əfqanlı Qətər Hava Yollarına məxsus təyyarə Leypsiq hava limanından havaya qalxıb.
Xatırladaq ki, 2021-ci ildə Taliban administrasiyası hakimiyyətə gəldikdən sonra Almaniya Əfqanıstana deportasiyanı tamamilə dayandırmış və Kabildəki səfirliyini bağlamışdı.
Fidan Əliyeva
Manşet.az