Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

00:30 - 02 Sentyabr 2024

Makron yeni baş nazirlə bağlı məsləhətləşmələr aparacaq

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirinin təyin edilməsi ilə bağlı məsləhətləşmələr çərçivəsində sentyabrın 2-də Yelisey sarayında ölkənin bəzi siyasi xadimlərini qəbul edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə “Franceinfo” radiosu məlumat yayıb.

Makronun iqamətgahında ilk qəbul edilənlərdən biri Fransanın sabiq prezidenti Fransua Olland (2012-2017) olacaq. Məlumata görə, o, ölkənin baş naziri postuna mümkün namizədlərdən biri hesab olunur. Onunla yanaşı, Fransanın sabiq prezidenti Nikola Sarkozi də (2007-2012) Yelisey sarayını ziyarət edəcək.

E.Makronun Fransanın sabiq baş naziri Bernar Kaznyov ilə də görüşü planlaşdırılır. Fransa KİV-i prezidentin yaxın ətrafına istinadən iddia edir ki, Makron onu yeni hökumətin baş naziri postuna namizəd kimi ciddi şəkildə nəzərdən keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az