Polşa öz ərazisində Ukrayna əsgərlərinə təlim keçməyəcək.
Manset.az xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.
Məlumata görə, Varşavanın imtinasının əsas səbəbi layihənin baha olması, eləcə də onun müddəti olub.
Zalevski qeyd edib ki, Polşa Avropa Birliyi ərazisində ukraynalıların təliminin davam etdirilməsinin tərəfdarıdır.
Onun sözlərinə görə, Rusiya pilotsuz təyyarələri və mərmiləri Polşa ərazisində yerləşən qüvvə və vasitələrin köməyi ilə vurulmayacaq:
"Qərbin Ukraynanın hava hücumundan müdafiə sistemlərini radikal şəkildə gücləndirməsi kifayətdir və Polşa aviasiyasının bu cür dəstəyinə ehtiyac yoxdur".
Fidan Əliyeva
Manşet.az