Rus vətəndaşlarına yeni QADAĞA - Bu ölkədən ev ala bilməyəcəklər

13:34 - 02 Sentyabr 2024

Rus vətəndaşlarına yeni QADAĞA - Bu ölkədən ev ala bilməyəcəklər

 Finlandiyanın Müdafiə Nazirliyi ruslar üçün daşınmaz əmlakla bağlı əməliyyatlara qadağa tətbiq etməyi təklif edən qanun layihəsi hazırlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib ki, yay aylarında Müdafiə Nazirliyi tərəfindən rus vətəndaşlarına daşınmaz əmlakla bağlı əməliyyatları qadağan edən qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda ekspertlərə qiymətləndirilmək üçün təhvil veriləcək və ilin sonuna kimi parlamentə göndəriləcək.

Onun sözlərinə görə, hazırda Finlandiyada ruslara məxsus 3,5 minə yaxın daşınmaz əmlak var. Eyni zamanda, nazir qeyd edib ki, qadağa Finlandiyada ikili vətəndaşlığı və daimi yaşayış yeri olan şəxslərə şamil edilməyəcək.

Hakkanenin sözlərinə görə, hazırda başqa bir qanun layihəsi hazırlanır və bu layihədə rusların kirayə fəaliyyətini də qadağan etmək planı irəli sürüləcək.

Qeyd edək ki, nazirlik Rusiya ilə əlaqələrə görə son altı ayda bir neçə daşınmaz əmlak sövdələşməsinin qarşısını almışdı.

 

 

Fidan Əliyeva

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az