Yunanıstanda sentyabrın 11-də başlayacaq yeni tədris ilindən əvvəl məktəblərdə tətbiq olunacaq yeni qaydalar açıqlanıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkədə şagirdlərə məktəbdə telefondan istifadə etmək qadağan edilib.
Belə ki, şagirdlər cib telefonlarını məktəbə gətirə bilərlər, lakin dərs zamanı onları həmişə çantalarında saxlamalıdırlar.
Qeyd edək ki, yeni qaydalar Baş nazir Kiriakos Mitsotakis ilə təhsil naziri Kiriakos Pierrakakis arasında keçirilən görüşdən sonra elan edilib.