Bu ölkədə "X" platforması qadağan edildi

16:30 - 02 Sentyabr 2024

Bu ölkədə \"X\" platforması qadağan edildi

Braziliya ölkədə qanuni nümayəndə təyin edə bilməyən İlon Maska məxsus "X" sosial media platformasına (keçmiş Twitter) giriş qadağası qoyub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı "çevriliş cəhdi" istintaqı çərçivəsində "X"dən bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb etmişdi.

Mask məhkəmənin tələbini yerinə yetirməyib və "X"in Braziliyadakı ofisini bağlayıb.

Daha sonra o, məsələ ilə bağlı öz rəsmi hesabından açıqlama verib:

"İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim siyasi səbəblərdən onu məhv edir, Braziliyadakı 1 nömrəli real mənbəni bağlayır".

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az