Misirlə normallaşma prosesində 12 illik fasilədən, prezident Rəcəb Tayyib Ərdoğanın 2024-cü il fevralın 14-də səfərindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisinin cavab səfəri gerçəkləşəcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Əbdülfəttah Əs-Sisinin səfəri sentyabrın 4-də baş tutacaq.
Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq.
Əl-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri müzakirə olunacaq.