Hizbullah İsrailə 30-a yaxın raket atdı

01:30 - 03 Sentyabr 2024

Hizbullah İsrailə 30-a yaxın raket atdı

İsrail Müdafiə Qüvvələri Livandan İsrailin şimalındakı Qaliley bölgəsinə atılan otuza yaxın mərmi aşkarlayıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl Qərbi Qaliley bölgəsində hava hücumu siqnalının səslənməsindən sonra Livandan atılan otuza yaxın mərmi aşkar edilib", - məlumatda deyilir.

Ordunun mətbuat xidməti həmçinin əlavə edib ki, itkilər barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az