Ronaldo bu sahədə məşhur olmaq istəyir: "2 ildən sonra danışarıq"

14:10 - 03 Sentyabr 2024

Ronaldo bu sahədə məşhur olmaq istəyir: \"2 ildən sonra danışarıq\"

"Əl-Nəsr"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo dünyanın ən məşhur videobloqeri olmaq arzusundan danışıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, o, bu sözləri deyib: “Mən ən məşhur videobloger olmaq üçün "MrBeast"i keçməliyəm. Gəlin bu barədə 2 ildən sonra danışaq”.

Qeyd edək ki, Ronaldo avqustun 21-də "YouTube" kanalını təqdim edib. O vaxtdan bəri 55 milyondan çox abunəçi toplayıb. Hazırda rekordçu "MrBeast" kimi tanınan Cimmi Donaldsondur. Onun kanalının 313 milyondan çox izləyicisi var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az