İranın “Ara Baxtar 1” yük gəmisi Küveytin ərazi sularında batıb.
Manset.az xəbər verir ki, bu barədə İran Dəniz Nəqliyyatı və Limanlar Təşkilatının təhlükəsizlik və sahil mühafizəsi departamentinin rəhbəri Nasser Pasandeh bildirib.
Məlumata görə, gəminin ekipajı İran və Hindistan vətəndaşları da daxil olmaqla altı nəfərdən ibarət olub.
Bu günə kimi 3 cəsəd tapılıb, qalan ekipaj üzvlərinin axtarışları davam edir.
Həmçinin ekipajda Hindistan vətəndaşları olduğu üçün Hindistan Xarici İşlər Nazirliyi ilə əlavə məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, hadisə sentyabrın 1-də baş verib və axtarışlar hələ də davam edir.
Fidan Əliyeva
Manşet.az