Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmiş Latviyadan olan hərbiçi Alvis Lukşa beynəlxalq axtarışa verilib.
Manset.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının Baş prokurorluğu bəyanat yayıb.
"31 yaşlı Alvis Lukşaya qarşı cinayət işi üzrə ittiham aktını təsdiqlənib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (silahlı münaqişədə muzdlunun iştirakı) ilə ittiham olunur. Lukşa barəsində beynəlxalq axtarış elan edilib. Məhkəmə qiyabi həbs qətimkan tədbiri keçirəcək".
Qeyd edək ki, o, 2022-ci ilin fevralından 2023-cü ilin mayına qədər Ukrayna tərəfində döyüş təmas xəttinin müxtəlif bölmələrindəki döyüşlərdə iştirak edib. Bunun üçün ona 1 milyon rubldan çox (19 milyon manat) ekvivalent mükafat almışdı.
Fidan Əliyeva
Manşet.az