Rusiya səfiri İran XİN-ə çağırıldı

16:27 - 03 Sentyabr 2024

Rusiya səfiri İran XİN-ə çağırıldı

Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamalarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az bu barədə "Haber Global"-a istinadən xəbər verir. 

Belə ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinə dəstək ifadələri səsləndirib. 

Buna cavab olaraq İranın xarici işlər naziri Abbas Ərakçi məsələ ilə bağlı açıqlama verib:

“İran ətrafında formalaşan bəzi dəhlizlər təkcə milli maraqlarımızı deyil, həm də milli təhlükəsizliyimizi təhdid edir. Bizim borcumuz buna qarşı durmaqdır".

Həmçinin o qeyd edib ki, İran Qafqaz regionunda davamlı sülhün və regional əməkdaşlığın vurğulanması ilə yanaşı, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin dəyişdirilməsinin əleyhinədir və regionda sülh və sabitliyin bərqərar olması üçün bütün tərəflərin maraqları nəzərə alınmalıdır.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İran XİN tərəfindən verilən açıqlamaya münasibətində ölkəsinin İranın narahatlığını anlayışla qarşıladığını, lakin Zəngəzur dəhlizinə qarşı mövqeyinin qəti olduğunu bildirib. 

 

 

Fidan Əliyeva

Manşet.az

 

 

 

 

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az