Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırdı

17:19 - 03 Sentyabr 2024

Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırdı

Britaniya hakimiyyəti bəzi silah növlərinin beynəlxalq hüquq normalarını pozaraq istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlarına görə İsrailə ixracını dayandırmaq qərarına gəlib .

 

Manset.az xəbər verir ki, bu barədə  Britaniya hökuməti rəsmi hesabında paylaşım edib.

Böyük Britaniyanın müəssisə, energetika və sənaye strategiyası naziri Conatan Reynolds izah edib ki, ixracı dayandırılan malların siyahısına döyüş təyyarələri, helikopterlər və İHA-lar üçün ehtiyat hissələri daxildir.

Qeyd edək ki,qərar İsrailə silah ixracı üçün 350 lisenziyadan təxminən 30-na təsir edəcək. Eyni zamanda, ixracın dayandırılması, Londonun fikrincə, Qəzzada əməliyyatlar zamanı istifadə olunan silah növlərinə də təsir edəcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az