"Volkswagen" fabrikini bağlaya bilər

17:33 - 03 Sentyabr 2024

\"Volkswagen\" fabrikini bağlaya bilər

"Volkswagen" 87 illik tarixində ilk dəfə Almaniyadakı fabrikini bağlaya bilər.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Avropa avtomobil sənayesi çox çətin və ciddi vəziyyətdədir",- Volkswagen Qrupunun baş direktoru Oliver Blume bildirib.

Məlumata görə, şirkət Almaniyada azı bir iri avtomobil istehsalı zavodunu və bir də ehtiyat hissələrin istehsalı ilə məşğul olan zavodunu bağlamağı planlaşdırır, həmçinin həmkarlar ittifaqları ilə 2029-cu ilə qədər iş yerlərinin qorunması ilə bağlı müqaviləni ləğv etməyə çalışır.

Qeyd edək ki, bu, şirkətin 87 illik tarixində Almaniyada avtomobil zavodlarının bağlanmasına dair ilk hal olacaq.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az