Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyəyə rəsmi səfər edib.
Manset.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, onu Ankara hava limanındaTürkiyə lideri Rəcəb Tayyib Ərdoğan şəxsən qarşılayıb .
Səfər çərçivəsində Türkiyə Prezidenti Ərdoğanın fevralın 14-də Qahirəyə səfəri zamanı imzalanan bəyannaməyə uyğun olaraq yenidən qurulan "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası"nın ilk iclası keçiriləcək.
Şuranın iclasında Türkiyə-Misir münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün gələcəkdə atılacaq birgə addımlar müzakirə olunacaq.