Fransa Prezidenti Emmanuel Makron keçmiş xarici işlər naziri Mişel Barnyeni ölkənin yeni Baş naziri təyin edib.
Manset.az xəbər verir ki, bu barədə Fransa Prezidentinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, bundan əvvəl növbəti prezident seçkilərində iştirakla bağlı qərarını açıqlayan Fransanın keçmiş Baş naziri Eduard Filip də yeni hökumət başçısını dəstəkləyib.
Qeyd edək ki, Barnyen Xarici İşlər Naziri (2004 - 2005), Kənd Təsərrüfatı Naziri (2007 - 2009), Daxili Ticarət üzrə Avropa Komissarı (2010 - 2014) və həmçinin Aİ-nin Brexit üzrə Baş müzakirəçisi vəzifələrində çalışıb.
