Öldüyü zənn edilən azyaşlı kəfənində hərəkət etdi - FOTO

13:59 - 06 Sentyabr 2024

Öldüyü zənn edilən azyaşlı kəfənində hərəkət etdi - FOTO

Qəzzada iki dəfə ardıcıl bomba hədəfi olan və aparıldığı xəstəxanada həyatını itirdiyi deyilən 13 yaşlı Məhəmmədin cənazə zamanı sağ olduğu məlum olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

Belə ki, azyaşlı cənazə namazı qılınarkən kəfəndə hərəkət etməyə başlayıb.

Xəstəxanada olarkən öldüyü deyilən fələstinli azyaşlı bildirib ki, o, həmin vaxt ətrafdakıların səsini eşdirdi, lakin hərəkət edə bilmirdi. Daha sonra, cənazə namazı qılınarkən özündə güc tapıb və sağ olduğunu bildirmək üçün hərəkət etməyə başlayıb.

Qeyd edək ki, o, müharibə zamanı aldığı xəsarət səbəbindən bir ayağını itirib və hazırda ailəsinin yanındadır. 

Öldüyü zənn edilən uşağın cənazə namazı zamanı sağ olduğu məlum olub.

 

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az