Rusiyanın Almaniyadakı səfirliyinin əməkdaşı Berlində ölüb.
Manset.az “İnterfax”a istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burqer faktı təsdiqləyib.
O, şəxsi məlumatlarının qorunması baxımından hadisə ilə bağlı ətraflı məlumat verməyib.
Bir müdət əvvəl Almaniyada çıxan “Spiegel” jurnalı öz mənbələrinə istinadən əməkdaşın ölümü ilə bağlı informasiya yaymışdı: “Rəsmi diplomatik siyahıya əsasən, 35 yaşlı vətəndaş 2019-cu ilin yayından Berlində səfirliyin ikinci katibi kimi akkreditasiyadan keçib. Almaniyanın təhlükəsizlik xidməti onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin qeyri-rəsmi əməkdaşı sayıb”.