Ermənistanın müdafiə naziri Arşak Karapetyan cümə günü Fransanın İrəvandakı səfiri Ann Luyo ilə görüşündə sərhəddəki vəziyyəti müzakirə edib.
Manşet.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər həmçinin regional təhlükəsizlik, ordu islahatları və müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair məsələləri də nəzərdən keçiriblər.