Şri-Lanka seçiciləri sabah keçiriləcək səsvermə ilə yeni prezidentini seçməyə hazırlaşır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Şri-Lanka vətəndaşları 2022-ci ildə keçmiş Prezident Qotabaya Rajapaksanın istefasına səbəb olan ümummilli etirazlardan sonra ilk dəfə səsvermədə iştirak edəcəklər.
22 milyon əhalisi olan ölkədə sentyabrın 21-də keçiriləcək prezident seçkilərində qeydiyyatdan keçmiş 17 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən ölkədə prezident seçkiləri ən mürəkkəb və gözlənilməz seçkilərdən biri hesab olunur.