İspaniya hökuməti Livana 1,5 tona yaxın dərman və tibbi ləvazimat göndərib.
Manset.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares məlumat verib.
“İspaniya Livana Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi vasitəsilə 1,5 ton dərman və tibbi ləvazimat göndərib. İspaniya Livan xalqı ilə həmrəydir ", - nazir bildirib.
Qeyd edək ki, İsrailin Livana hücumları davam edir.