Ermənistanda Paşinyanın əleyhinə mitinqlər başladı

19:04 - 08 Noyabr 2021

Ermənistanda Paşinyanın əleyhinə mitinqlər başladı

İrəvanın Azadlıq meydanında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi müxalif “Hayastan” blokunun mitinqi başlayıb.

Manşet.az-ın  “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, mitinq müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunub.
Müxalifət müharibədəki məğlubiyyətə görə hakimiyyəti ittiham edir.

Mitinqdə Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” blokunun nümayəndələri də iştirak edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az