Lavrov Mirzoyanla danışdı

22:32 - 08 Noyabr 2021

Lavrov Mirzoyanla danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyanın telefon danışığı olub.

Manşet.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, nazirlər 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatının qəbulunun ildönümü ərəfəsində fikir mübadiləsi aparıblar. 

XİN rəhbərləri regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az