Nigeriyanın şimalındakı Jiqava əyalətində yanacaq daşıyan tanker partlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Partlayış nəticəsində 94 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.
Səlahiyyətlilər bölgəyə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.