"İsrail tankı BMT-nin müşahidə qülləsini atəşə tutub" - KİV

23:05 - 16 Oktyabr 2024

\"İsrail tankı BMT-nin müşahidə qülləsini atəşə tutub\" - KİV

BMT Sülhməramlı Qüvvələri (UNIFIL) İsrailin Merkava tankının BMT-nin müşahidə qülləsini atəşə tutduğunu açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İsrail ordusuna məxsus Merkava tankı BMT-nin müşahidə qülləsini atəşə tutub və qülləyə ziyan dəyib. BMT Sülh Qüvvələri bu barədə bəyanat verib: 

“Bir daha BMT-nin nötələrinə birbaşa və düşünülmüş hücumun şahidi oluruq. İsrail ordusuna və bütün iştirakçılara BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək, BMT obyektlərinin toxunulmazlığına hər zaman hörmət etmək öhdəliyini xatırladırıq".

Hücum zamanı BMT əsgərlərinin yaralanıb-yaralanmaması ilə bağlı məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az