ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler tipli döyüş təyyarəsi ABŞ-nin Vaşinqton ştatında qəzaya uğrayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada təyyarədə 2 ekipaj üzvü olduğu və ekipaj üçün helikopter yardımı ilə axtarış-xilasetmə əməliyyatının başladığı bildirilib.
Qəzanın baş vermə səbəbi məlum deyil.