ABŞ Nikaraquaya qarşı sanksiya tətbiq etdi

23:27 - 10 Noyabr 2021

ABŞ Nikaraquaya qarşı sanksiya tətbiq etdi

ABŞ prezidenti Co Bayden Nikaraqua hökumətinə qarşı sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.

Manşet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Fərmanla Latın Amerikası ölkəsinin hakimiyyət orqanlarının çoxtərəfli bank strukturlarından kreditlərə çıxışı məhdudlaşdırılır.

Qey edək ki, ötən həftə Ağ Ev Nikaraquada keçirilən prezident və parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edərək, prezident Daniel Orteqanın rejiminə qarşı iqtisadi və diplomatik təzyiqləri davam etdirəcəyi ilə bağlı məlumat yaymışdı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az