İran və Səudiyyə Ərəbistanı arasında uçuşlar bərpa edildi - 9 il sonra

17:57 - 03 Dekabr 2024

İran və Səudiyyə Ərəbistanı arasında uçuşlar bərpa edildi - 9 il sonra

İran və Səudiyyə Ərəbistanı arasında təxminən 9 il əvvəl dayandırılan uçuşlar Məşhəd-Dəmmam reysi ilə yenidən başlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İki ölkə arasında münasibətlər 2016-cı ildə şiə ruhani Nimr əl-Nimr də daxil olmaqla 47 nəfərin Səudiyyə Ərəbistanında “terrorçuluq” ittihamı ilə edam edilməsindən sonra kəsilmişdi.

Razılaşma çərçivəsində Demmam və Məşhəd arasında həftədə iki dəfə uçuşlar həyata keçiriləcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az