Rusiya-Gürcüstan sərhədində mindən çox yük maşını dayandı

18:35 - 19 Yanvar 2025

Rusiya-Gürcüstan sərhədində mindən çox yük maşını dayandı

Rusiya və Gürcüstan sərhədində yerləşən "Yuxarı Lars" keçid məntəqəsinin qarşısında müxtəlif ölkələrə məxsus 1 325 yük maşını növbədə gözləyir.

 

Manset.az-ın məlumatına görə, bu barədə "Sputnik" xəbər yayıb.

Məlumata əsasən, növbədə gözləyən yük maşınlarının təxminən 400-ü Ermənistana məxsusdur.

Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Bu marşrut Vladiqafqazdan Tbilisiyə qədər uzanır və "Yuxarı Lars" sərhəd-keçid məntəqəsindən keçir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az