Qəzza zolağında həlak olan fələstinlilərin sayı 47 035-ə yüksəlib.
Manset.az xəbər verir ki, bu barədə yerli səhiyyə qurumunun məlumatında deyilir.
Məlumata görə, atəşkəs razılaşmasından sonra dağıntılar altından 62 nəfərin meyiti tapılıb.
Son 24 saatda 122 nəfərin meyitinin tapıldığı, onlardan 62-nin dağıntılar altından çıxarıldığı bildirilib.
Bundan başqa, 341 yaralının xəstəxanalara çatdırıldığı deyilir.
Son məlumatlara görə, Qəzzada hücumlar nəticəsində ölənlərin sayı 47 035-ə, yaralıların sayı isə 111 min 91-ə çatıb.