ABŞ-nin yeni Prezidenti Donald Tramp inauqurasiya günü Ukraynadakı münaqişə ilə bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, vəzifədə olsaydı, heç bir münaqişə başlamayacaqdı.
"Ukrayna və Rusiya ilə müharibə heç vaxt olmamalı idi, mən prezident olsaydım, heç vaxt başlamazdı", - Tramp bildirib.