Tramp səhvən İspaniyanı BRİKS ölkəsi adlandırdı

09:40 - 21 Yanvar 2025

Tramp səhvən İspaniyanı BRİKS ölkəsi adlandırdı

ABŞ-nin yeni Prezidenti Donald Tramp səhvən İspaniyanı BRİKS ölkəsi adlandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Onlar BRİKS ölkəsidir, İspaniyadır. BRIKS ölkəsinin nə olduğunu bilirsinizmi? - o, Ağ Evin Oval kabinetində jurnalistlərə sual verib. Telekanal xatırladıb ki, abreviaturadakı S hərfi 2010-cu ildə beynəlxalq assosiasiyaya qoşulan Cənubi Afrikaya aiddir.

Ağ Ev rəhbəri əlavə edib ki, BRİKS-i ABŞ üçün təhlükə hesab etmir. Eyni zamanda o, hələ də birlik ölkələrinə qarşı 100% rüsum tətbiq etmək niyyətində olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az