Tramp Ukraynaya yardımı DAYANDIRDI

10:47 - 21 Yanvar 2025

Tramp Ukraynaya yardımı DAYANDIRDI

ABŞ-nin yeni Prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Los Angeles Times” yazır.

"Tramp ABŞ-nin bütün xarici yardım proqramlarının onun siyasət məqsədlərinə uyğun olub-olmadığını müəyyən etmək üçün 90 gün müddətinə müvəqqəti dayandırılması barədə fərman imzalayıb", - məlumatda deyilir.

Fərmanın təsirinə məruz qalacaq yardımın dəqiq məbləği məlum deyil. Fərmanda deyilir ki, “xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqlarına uyğun deyil” və xalqlar arasında harmonik münasibətlərə zidd olan ideyaları təbliğ etməklə dünyada sabitliyi pozmağa kömək edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az