Putin Ərdoğana başsağlığı verdi

19:17 - 21 Yanvar 2025

Putin Ərdoğana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə teleqram Kremlin saytında dərc olunub.

“Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərimi, həmçinin bütün yaralılara tezliklə sağalmalarını dilədiyimi çatdırmağınızı xahiş edirəm”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az