ABŞ Prezidenti Donald Trampın andiçmə mərasiminin yayımını 24,6 milyon amerikalı televiziya tamaşaçısı izləyib.
Manset.az xəbər verir ki, bu barədə Nielsen analitik şirkəti yanvarın 21-də bildirib.
Bu, yanvarın 20-də 15 televiziya şəbəkəsi tərəfindən canlı yayımlanan mərasimi izləyənlərin orta sayıdır. Tamaşaçıların diqqətinin zirvəsində olan andiçmə mərasimini 34,4 milyon insan izləyib.
ABŞ-nin keçmiş Prezidenti Co Baydenin 2021-ci ildə andiçmə mərasimini 33,8 milyon tamaşaçı izləyib. Öz növbəsində, 2017-ci ildə Trampın andiçmə mərasimi 31 milyon insanı öz ekranları qarşısında bir araya gətirib.