İstanbulun Tuzla rayonununda avtobus təxminən 10 metr hündürlükdən çay yatağına düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölümlə nəticələnən qəzadan sonra İstanbul qubernatorluğu açıqlama yayıb.
Qəza səhər saat 08:00 radələrində (Bakı vaxtı ilə saat 09:00) baş verib. Yaxta firmasına məxsus mikroavtobusun sürücüsünün idarəetməni itirərək təxminən 10 metr hündürlükdən çay yatağına düşdüyü ehtimal edilir. Qəza nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.
Yanğınsöndürənlər xidməti avtomobildə sıxılmış vəziyyətdə qalmış 5 nəfəri xilas ediblər. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra həkim briqadaları yaralıları xəstəxanaya çatdırıblar.




