“X” sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnə bilər

13:10 - 24 Yanvar 2025

“X” sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnə bilər

Amerikalı milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsi Avropa Komissiyası tərəfindən yüz milyonlarla dollar cərimələnə bilər.

 

Manset.az xəbər verir ki, bu barədə Almaniyanın Handelsblatt nəşri yazır.

Nəşrin məlumatına görə, 2023-cü ilin dekabrından sosial şəbəkə ilə bağlı bir sıra araşdırmalar davam edir. X həmçinin Rəqəmsal Xidmətlər haqqında Qanununu pozmaqda şübhəli bilinir. Məhkəmə sosial şəbəkənin əleyhinə qərar çıxarsa, o, şirkətin illik dövriyyəsinin 6%-i qədər cərimə ödəməli olacaq.

Yanvarın ortalarında Bloomberg xəbər vermişdi ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası multimilyarder İlon Maskı qanunları pozmaqda ittiham edib və Vaşinqtonda federal məhkəmədə ona qarşı iddia qaldırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az