ABŞ yenidən kəşfiyyat məlumatlarını Ukraynaya ötürür.
Manset.az xəbər verir ki, bu barədə X-də Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard məlumat verib.
“Ukrayna ilə məlumat mübadiləsi bərpa edilib”.
Bundan əvvəl Amerikanın “Maxar Technologies” aerokosmik şirkəti öz peyk şəkillərinə çıxışı Ukraynaya qaytardığı barədə məlumat yayılmışdı.