İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin 48 min 515-ə, yaralı sayının isə 111 min 941-ə yüksəldiyi qeyd edilib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hücumlar nəticəsində 7 nəfərin həyatını itirdiyi, 14 nəfərin isə yaralandığı bildirilib. Əvvəlki hücumlarda dağılmış binaların dağıntıları altında 5 mülki şəxsin cansız cəsədinin tapıldığı qeyd olunub.