İsraildə Qüds və Təl-Əviv arasında meşə yanğınları başlayıb.
Manset.az xarici KİV-ə istinadla bildirir ki, Eştaol meşəsində başlayan və güclü küləklə yayılan yanğınlar səbəbilə 10 yaşayış məntəqəsi boşaldılıb, 7 minə yaxın insan təxliyə olunub.
11 təyyarə və 150 yanğınsöndürmə briqadası yanğına müdaxilə edir.
İsrail yanğınsöndürmə idarəsi bunun ölkə tarixindəki ən böyük yanğınlardan biri olduğunu açıqlayıb. Müstəqillik Günü mərasimləri ləğv olunub.