Hindistanın Pakistana hücumları ilə başlayan qarşıdurmalardan sonra, tərəflər arasında razılaşma əldə edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hər iki tərəf, mayın 30-una qədər qoşunlarını atəşkəs dövründəki mövqelərə geri çəkməyə razılaşıb.
Rəsmilər, atəşkəsin ikinci mərhələsi olaraq qiymətləndirilən bu qərarın əldə olunmasında ABŞ və digər əlaqədar ölkələrin diplomatik səylərinin mühüm rol oynadığını bildiriblər.